Səbət
Ara toplam: 0.00 ₼

Ac həriflər

TEZLİKLƏ
Books Icon

Ac həriflər

Nasir, dramaturq, ədəbiyyatşünas, Əbdürrəhim bəy Haqverdiyev klassik hekayə və dram əsərləri ilə ədəbiyyat tarixində özünəməxsus iz buraxıb. "Ac həriflər" kitabında yer alan "Ağa Məhəmməd şah Qacar", "Pəri cadu",
"Baba yurdunda" dram əsərləri məzmununa, maraqlı obrazlarına, dilinə, mövzusunun əhəmiyyətinə görə həmişə oxucuların diqqətini cəlb edib. Onun "Ac həriflər", "Millət dostları" səpkili komediyaları realist aktyor məktəbinin formalaşmasında, teatrların repertuarında dəyərli yer tutub.
"Əbdürrəhim bəy Haqverdiyev xalqını böyük məhəbbətlə sevən, onun övladlarını daim tərəqqidə görmək istəyən alovlu vətənpərvər yazıçı və ictimai xadim idi",
- Nadir Vəlixanov, filologiya elmləri namizədi
"Əbdürrəhim bəy Haqverdiyev hər şeydən qabaq "Molla Nəsrəddin" məcmuəsinin ibtidasından... məcmuənin ən yaxın əməkdaşlarından
və məsləhətçilərindən hesab olunur. Qoca əməkdaşımızın bu günlərdə təhiyyə olunan yubileyini "Molla Nəsrəddin" öz bayramı kimi alqışlayacaqdır",
- Cəlil Məmmədquluzadə, yazıçı-dramaturq

9.40