Səbət
Ara toplam: 0.00 ₼

Velosipeddə üç kişi

TEZLİKLƏ
Books Icon

Velosipeddə üç kişi
İngilis dilindən tərcümə

Cerom K. Ceromun "Qayıqda üç kişi" əsərinin nəşrindən 11 il sonra - 1900-cü ildə yazdığı "Velosipeddə üç kişi" əsəri planlaşdırıldığı kimi baş tutmayan velosipedlə səyahət barədədir.
"Məşhur" üç britaniyalı dost Almaniyanın Qara meşəsinə səyahətə gedir. Komik üçlüyün sərgüzəştləri burada da davam edir. Onlar alman dilini yaxşı bilmədikləri üçün tez-tez gülməli vəziyyətə düşürlər. Dostlar istər qatara bilet alanda, istərsə də hədiyyə seçəndə çətinliklərlə üzləşirlər. Xəritədən düzgün istifadə edə bilmədikləri üçün başlarına gəlməyən oyun qalmır. Kompas əvəzinə saatdan, ya da qarışqa yuvasından istifadə edir, nəticədə azıb qalırlar...
Bu macəraların fonunda almanlarla ingilislər arasındakı fərqli cəhətlərə də toxunulur, Avropa xalqlarının mədəniyyətləri müqayisə olunur.
Kitab yeniyetmələr və gənclər üçün nəzərdə tutulub.

  • Yaş Kateqoriyası: 15 yaşından yuxarı
  • Yumşaq üz qabığı
  • 224 (ağ-qara) səhifə
  • Əlavə: İngilis dilindən tərcümə
  • ISBN: 9789952515824
  • Qiymət : 8.40 AZN
  • Müəllif: Cerom K. Cerom
  • İllüstrator: Ruhulla Həsənzadə
8.40