Səbət
Ara toplam: 0.00 ₼

Kaştanka və digər hekayələr

TEZLİKLƏ
Books Icon

Kaştanka və digər hekayələr
Rus dilindən tərcümə

Dahi rus yazıçısı Anton Çexov böyüklərlə yanaşı, uşaqlara da bir-birindən maraqlı hekayələr töhfə edib. Gənc oxucular üçün nəzərdə tutulan "Kaştanka" adlı hekayələr toplusu yazıçının həm də uşaq psixologiyasına yaxından bələd olduğunu göstərir.
Bütün hekayələrdə təsvir olunanlar uşaq obrazlarının ətrafında baş verir. İlk baxışda adi məişət məsələləri kimi görünən hadisələr əslində, dərin tərbiyəvi məzmuna malikdir və gənc oxucuları düşünməyə vadar edir.
Kitabda yazıçının "Hadisə", "Məktub", "Qrişa", "Şəhər kənarında" və digər hekayələri ilə yanaşı, "Kaştanka" da yer alıb. Hekayənin eyni adlı qəhrəmanı günlərin birində sahibini itirir və tezliklə yeni evdə məskunlaşır. Əvvəlkindən fərqli olaraq, Kaştanka burda rahat şəraitdə yaşayır, doyunca yemək, onu sevən sahib və yeni dostlar qazanır, amma bütün bunlara baxmayaraq, köhnə həyatı üçün darıxır... İtlərin necə sədaqətli heyvan olduğu hekayədə ustalıqla təsvir olunub.

  • Yaş Kateqoriyası: 14 yaşından yuxarı
  • Yumşaq üz qabığı
  • 160 səhifə (ağ-qara) səhifə
  • Əlavə: Rus dilindən tərcümə
  • ISBN: 9789952510430
  • Qiymət : 8.40 AZN
  • Müəllif: Anton Çexov
  • İllüstrator: Ruhulla Həsənzadə
8.40