Səbət
Ara toplam: 0.00 ₼

Sənin ilk biş-düş kitabın

TEZLİKLƏ
Books Icon

Sənin ilk biş-düş kitabın

Yemək hazırlamaq asan iş deyil, lakin çətin də deyil. Mətbəxdə ilk təcrübənin uğurlu olmasından çox şey asılıdır. "SƏNİN İLK BİŞ-DÜŞ KİTABIN" sayəsində ilk dəfə fərqli yemək hazırlamaq istəyən yeniyetmə və gənclər mətbəx təcrübəsinə yiyələnəcəklər. Bu işin əlifbası sayıla bilən əsas tövsiyyə və məlumatlar, asan və tez hazırlanan reseptlər yemək hazırlamaq prosesini maraqlı, əyləncəli, yaradıcı məşğuliyyətə çevirəcək. Mətbəxə təkbaşına girib fərqli, qeyri-adi yeməklərlə evdəkiləri təəccübləndirmək həm yeniyetmələrin özünə inamını artıracaq, həm onların gələcəkdə sərbəst həyata hazırlaşmağını asanlaşdıracaq, həm də fantaziyalarını inkişaf etdirəcək.  Axı yemək hazırlamaq yenilik tələb edən ixtiraçılıq, fərqli bir yaradıcılıqdır və hər kəsin mütləq özünə aid yeni bir yemək resepti olmalıdır.

  • Yaş Kateqoriyası: 13 yaşdan yuxarı
  • Yumşaq üz qabığı
  • 124 səhifə
  • Ölçü: 215x280
  • ISBN: 9789952313130
  • Qiymət : 14.00 AZN
  • Müəllif: Səltənət Zülfüqarova
14.00