Səbət
Ara toplam: 0.00 ₼

Funda Özləm Şəran

Funda Özləm Şəran

Funda Özləm Şəran 1984-cü ildə İstanbulda anadan olub. Yeniyetməlikdən ədəbiyyatla maraqlanmağa başlayıb. Mərmərə Universitetinin Siyasət elmi və beynəlxalq münasibətlər fakültəsində bakalavr və magistr pillələri üzrə təhsil alarkən qısa hekayələr və romanlar yazıb. Fantastika və elmi fantastika janrında hekayələri müxtəlif müsabiqələrdə mükafatlara layiq görülüb. Yaradıcılıq layihələrinə qatılıb, yazıları ədəbiyyat saytlarında dərc olunub. 2007-ci ildə “Ana-qız dialoqları”  (Burcu İkizər ilə birlikdə), 2009-cu ildə “Ata-qız dialoqları” , 2010-cu ildə həm redaktoru, həm də həmmüəllifi olduğu “Tələbəliyin kitabını yazdıq, üstəlik, heç köçürmədik”  adlı yumoristik səpkili kitabları işıq üzü görüb. Yazıçılıqla, redaktorluqla, eləcə də başqa işlərlə məşğul olsa da, xəyal qurmağa, yazmağa və ruhən uşaq kimi qalmağa davam edir...