Səbət
Ara toplam: 0.00 ₼

Uşaqların Beynəlxalq Müdafiəsi Gününü Qaradağ rayonunda yaşayan, o cümlədən şəhid və qazi ailələrinin uşaqları ilə qeyd edildi

01.06.2022

Bakı Limanı tərəfindən “Korporativ sosial məsuliyyət proqramı” çərçivəsində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə TEAS Press Nəşriyyat Evi, CinemaPlus, Papa Johns Pizza Azerbaijan və Dəniz Mall ticarət mərkəzinin tərəfdaşlığı ilə “Uşaqların CinemaPlus-a səyahəti və animasiya günü” adlı tədbir təşkil edib. Uşaqlara həsr olunan bu tədbir zamanı uşaqlar “Dəniz Mall”da, animatorların iştirakı ilə əyləncəli yarışlarda iştirak edib, animasiya filminə baxıb, müxtəlif maraqlı mədəni və intellektual fəaliyyətlərdə iştirak ediblər.