Səbət
Ara toplam: 0.00 ₼

Qara Qarayev uşaqlara kitab oxudu, forma hədiyyə etdi

12.04.2023

II Uşaq Kitabı Festivalının son günündə 3 alma uşaq ədəbiyyatı bölməsinin təşkilatçılığı ilə azyaşlıların görüşünə “Qarabağ” futbol komandasının oyunçusu Qara Qarayev gəlib.
 
Q.Qarayev görüşdə peşəkar futbol karyerasında danışıb, uşaqların suallarını cavablandırıb, 3 almanın nəşr etdirdiyi  futbolçuların həyatından bəhs edən kitabları imzalayıb. 

Ağdam klubunun təmsilçisi azyaşlılar arasında sual-cavab keçirib. Futbolçunun azyaşlı qız fanatı sualı düzgün cavablandıraraq formanı əldə edib. 

Qara Qarayev daha bir formasını isə bu gün ad gününü qeyd edən digər fanatına hədiyyə verib.

Sonda isə xatirə şəkli çəkilib.