Səbət
Ara toplam: 0.00 ₼

Gecə qırğısı

17.06.2020

 

 Ceymi Bastedonun “Gecə qırğısı” əsərindən bir parça

Uillonun xəbərdarlıq çığırtısından anladım ki, mühafizəçini o da görüb. Bilmirəm mühafizəçi məni gör- müşdü, ya yox. Belə başa düşdüm ki, Uillonu qaralayıb və bacımın hər hərəkətini diqqətlə izləyir. Bir anda ağlıma gələn planla havaya qalxdım. Nə qədər ki vaxt var idi, qaç- maq olardı. Qoy Qonzo ilə Uillo yoxa çıxsınlar. Tundraya planlaşdırdığım tənha səyahətə gedə bilərdim. Onda heç sirrim də açılmayacaqdı. Uillo onsuz da sığınacağa qayıt- maq istəyirdi. Elə Qonzonun özü də. O da belə bir zibillik arzusunda idi. Lakin dərhal da başımı buladım. 

Gör nə fikirləşirəm... Sığınacağı unut. Bu mühafizəçiyə bizi görən kimi öldürmək əmri də verilə bilər. 

Bacımı xilas etməyin bircə yolu qalmışdı. – Gəl məni tut, yekəbaş alçaq! – qışqırdım. 

Sonra mühafizəçinin gözünün qabağından uçdum ki, fikrini Uillodan yayındırım. Planım o idi ki, mühafizəçi məni təqib etsin. Sonra dəmir yolunun kənarındakı daxmalara tərəf uçacaqdım. Orada gizlənmək üçün yer çox idi. Hava- ya qalxıb, açıq-aşkar, özü də alçaqdan uçmağa başladım ki, arxamca düşsün. Arxaya baxanda gördüm ki, mühafizəçi hələ də Uilloya baxır. Nəinki baxır, artıq ona tərəf uçurdu. 

İkinci planın vaxtı idi. Düz Uillonun qarşısına uçub, onu zibilliyə çəkməyə çalışdım. 

– Dalımca gəl! 

Ümid edirdim ki, zibillikdəki dəniz qağayılarının arasın- da gözdən itə bilərik. Mühafizəçi də çaşıb-qalacaqdı. Biz isə oradan təpələrə – təhlükəsiz yerə uça biləcəkdik. Özümüzü cəld dəniz qağayılarının arasına verdik. Bir neçə dəfə qanad çaldıqdan sonra mühafizəçi dəniz qağayılarının ağ qanad- ları arasında gözdən itdi. 

Yaxşı plan idi.
Lakin vacib bir məqamı unutmuşdum.
Bəzi quşlar, belə deyək, dəniz qağayıları, adətən, sürülərinə qoşulan quşları, məsələn, gecə qırğıları ilə şahinləri və ya əsl qırğıları qarışıq salırlar. Onlar sürülərinə kiminsə qoşulduğunu görəndə və ya qoşulduğunu düşünəndə aləm bir-birinə dəyir. O dəqiqə müdafiə mövqeyi tutub hücuma keçir, dimdikləməyə başlayırlar. Ömründə bircə dəfə qəzəb- li dəniz qağayısı ilə rastlaşmısansa, deməli, onların sarı, iri dimdiklərinin necə kəskin olduğunu da bilirsən. Bir dəfə iki dəniz qağayısının balıq üstündə necə dalaşdığının şahidi ol- muşdum. Axırda məğlub olan quşun başı qopmuşdu. İndi təsəvvür edin, üstümə dimdik yağışı yağanda hansı hissləri keçirdim. 

Bu da axırım! 

Elə bu zaman beynimə üçüncü plan gəldi. Ya da onun kimi bir şey, bilmirəm. 

– Biz adi gecə qırğısıyıq, – qışqırdım. – Arxada şahin var, ona hücum edin. 

Lakin dəniz qağayıları öz qışqırıqlarından mənim səsimi eşitmədilər. Dimdikləmə və dürtmələmə getdikcə güclənir- di. Bir onu fikirləşirdim ki, bircə tez öldürsünlər, canım qur- tarsın. Gözlərimi yumdum, artıq ölümə hazır idim. Birdən hiss etdim ki, qışqırıq səsləri arxadan gəlir. Bəlkə də, mənim səsimi eşidib, mühafizəçiyə hücum etmişdilər. Qanadları- ma yapışmış qağayı nəcisini təmizləyib, aşağıya – nəcislə dolu yapışqanlı yerə baxdım. İyrənc, yapışqanlı nəcisin için- də tərpənən nəsə gördüm. Uillo. 

– Salamatsan? – Ona tərəf uçdum. – Uillo?! 

Bacımın cavabını eşidə bilmədim, dəniz qağayılarının arasından mühafizəçi şığıyıb irəli çıxdı. Düz Uilloya tərəf uçurdu. Üstəlik sapsağlam idi. Mühafizəçinin qanadlarının altı qızılı deyil, ağ idi. Deməli, o da qağayıların nəcis hücu- muna məruz qalmışdı. 

– Ayağa qalx! Ayağa qalx! – qışqırdım. – Uillo. 

Bacımın zəif qıvrılmaları yavaş-yavaş qanad çırpıntısına çevrildi. O ayağa qalxıb, güclə də olsa, uçmağa başladı. 

– Yox... dayan, gözlə! – mühafizəçi xırıltılı səslə çığırdı. 

Guya ki dayanacaqdım. Mühafizəçilərin əmrinə itaət etdiyim dövrlər çoxdan geridə qalmışdı. Yenidən dəmiryol ətrafındakı daxmaları hədəfə götürüb, ümid etdim ki, ora- da gizlənə bilərəm. Bədənim sanki parçalanmışdı, sürətim xeyli azalmışdı. Nəcis, zibil və qana bələnmiş Uillonu güclə ayırd edə bilirdim. Məndən bir neçə qanad çırpıntısı qabaq- da olan Uillo az qaldı yıxılsın. 

– Qanad çal, dayanma, – qışqırdım. – Təslim olma! 

Görəsən, ehtiyacımız olduğu bu anlarda Qonzo harada idi. O, bircə dəfə caynaq atmaqla bu zəhlətökən gecə qırğı- sını yolumuzun üstündən götürə bilərdi. Yəqin, indi qarnını iylənmiş siçanlarla doldururdu. 

– Xahiş edirəm, dayanın! – mühafizəçi qışqırdı. 

Xahiş edirəm? Bu səsi tanımırdım. Bu nə Parlaq Alov, nə də onun dəstəsindən olan qeyrisi idi. Cəmi bir neçə yüz dəfə də qanad çalsaq, dəmir yoluna çata, kölgəlikdə gizlənə bilərdik. 

Sanki göydən dəhşətli bir nərilti üstümüzə endi. Həmin an yaxınlıqdakı daxmaların damları silkələnməyə başladı. Relslərin üstündəki çınqılların da tərpəndiyini gördüm. Ol- maya, vulkan püskürmüşdü? 

– Uisp, ehtiyatlı ol! – bu dəfə Uillo qışqırdı. 

Məndən bir az qabaqda, relslərin sərt dönüş nöqtəsin- də qırmızı qatar göründü. Elə sürətlə gəlirdi ki, sanki xətlərə dəymirdi. Havaya qalxmağa nə vaxtımız, nə də gücümüz çatmadığından qatar sürətlə keçərkən relslərin arasına düş- dük. Qatarın sürətinin yaratdığı külək bizi az qala təkərlərin altındakı xətlərə yapışdırdı. Arxada mühafizəçi olduğundan cəld quyruğumu kənara çəkdim ki, birdən onu dartıb məni saxlamağa çalışar. Arxaya baxanda dimdiyim açıq qaldı. Mü- hafizəçi sürətlə gedən qatarın altındakı dəmirlərin arasında elə uzanmışdı ki, sanki üstündən keçən qatar deyil, suqa- mışı idi. Gizlənmək barədə fikirləşməyə fürsət belə olmadı. Mühafizəçi bizi nəhəng beton drenaja doğru sıxışdırdı.