Səbət
Ara toplam: 0.00 ₼

Beynəlxalq uşaq qəhrəmanı ELMER 30 yaşını qeyd edir!

26.04.2019

İngiltərə uşaq ədəbiyyatının ən sevilən müəlliflərindən olan Devid Makkinin yaratdığı obraz bütün fillərdən fərqlənən ELEMR adlı fildir. Uşaqlar tərəfindən çox sevilən ELMER kitabları qısa zaman ərzində dünyada 50-dən çox dilə təcümə olunaraq, 8 milyondan çox satılıb.
May ayının 25-də dünyaca məşhur fil Elmerin 30 yaşı tamam olur. Elmer seriyasının tərcümə olunduğu ölkələrdə həmin gün müxtəlif tədbirlər keçiriləcək. Bu kitabları Azərbaycan dilinə ilk dəfə tərcümə edərək çap edən "3 alma" da ad günü tədbirlərinə qoşulur. 
Mayın 25, saat 15:00-da, Elmlər Akademiyası ilə üzbəüz yerləşən LİBRAFF mağazasında keçiriləcək ELMER 30 - AD GÜNÜ tədbirinə bütün uşaqlar, Elmer sevərlər dəvətlidir. Tədbirdə maraqlı sürprizlərlə yanaşı, "3alma"nın balacalara hədiyyələri olacaq.
Ad günü tədbiri beynəlxalq səviyyədə işıqlandırılacaq. 

Giriş sərbəstdir!