Səbət
Ara toplam: 0.00 ₼

"Leyla Məmmədbəyova-Şərqin ilk təyyarəçisi" kitabı Dünya Məktəbində

17.04.2019

Şərqin ilk təyyarəçi qadınından bəhs edən "Leyla Məmmədbəyova-Şərqin ilk təyyarəçisi" kitabının müəllifi Nərmin Mahmudova və kitabın rəssamı Ruhulla Həsənzadə Dünya Məktəbinin ibtidai sinif şagirdləri ilə görüşüb. Leyla Məmmədbəyova haqqında və kitabın hazırlanması ideyası barədə müəllif Nərmin xanımın ətraflı məlumatından sonra, şagirdlər ilk təyyarəçi qadın barədə hazırladıqları təqdimatı göstərdilər.

Həm mövzunu həm də illüstrasiyaları çox bəyənən məktəblilər daha sonra kitab barədə suallarını verdilər. Tədbirin sonunda isə müəllif və rəssam şagirdlərin kitablarını imzaladılar.