Səbət
Ara toplam: 0.00 ₼

"Əngəlsiz arzular" kitabı Dünya Məktəbində

19.12.2018

Dünya Məktəbinin ibtidai sinif şagirdləri tərəfindən böyük marağa səbəb olan "Əngəlsiz arzular" kitabı qısa zaman ərzində bestsellerə çevrilə bilib. Nihad adlı fiziki məhdudiyyətli bir oğlanın həyatından bəhs edən kitab öz axıcılığı ilə uşaqların ürəyinə yol tapa bilib. Kitabı daha da güclü edən isə, orada yer alan bir-birindən maraqlı və rəngarəng illüstrasiyalardır. 

Kitab haqqında fikirlərini paylaşan müəllif daha sonra şagirdlərin də suallarını cavablandırıb. Tədbirin sonunda isə, həm müəllif Orxan Adıgözəl həm də rəssam Ruhulla Həsənzadə uşaqların kitablarını imzalayıb.