Səbət
Ara toplam: 0.00 ₼

"Külək-Yel kürəsinin şahzadəsi" kitabının imza günü keçirildi

21.11.2018
Gənc yazar Xülya Cəfərovanın uşaqlar üçün yazdığı və qısa zamanda bestsellerə çevrilən "Külək-Yel kürəsinin şahzadəsi" kitabının imzalanma günü keçirildi. Azyaşlı oxucularını ətrafına toplayan müəllif həm kitabı barədə müzakirələr aparıb, həm də sorğu-sual etməklə balacaların kitab haqda fikirləri ilə maraqlanıb.

Uşaqların böyük həvəslə oxuduğu roman fentezi janrında yazılıb və oxucunu daim həyəcanda saxlayan hadisələrlə zəngindir. 

Romanda hadisələr Bakı şəhəri, Qız qalası, İçərişəhər, Bayıl qəsri, Atəşgah, Qobustan və digər tarixi yerlərdə cərəyan edir. İlk milli superqəhrəmanların yer aldığı “Külək-Yel kürəsinin şahzadəsi” kitabının illüstratoru olan rəssam Ruhulla Həsənzadə qəhrəmanları xüsusi obrazda təsvir edərək, özünəməxsus xarakterlə onları daha da canlandırmağı bacarıb.  

Müəllif Xülya Cəfərova böyük maraqla qarşılanan “Külək-Yel kürəsinin şahzadəsi” kitabının hazırda ikinci hissəsinin son tamamlanma işləri üzərində çalışır.