Səbət
Ara toplam: 0.00 ₼

“3 alma” oxucularını sevindirməkdə davam edir

15.02.2017

14 fevral Beynəlxalq kitab hədiyyə etmə günü münasibətilə F.Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən Park Bulvar alış-veriş mərkəzində "Kitab tutan əllər" adlı aksiya keçirilib. Aksiya Nizami rayon Uşaq Yaradıcılıq Mərkəzinin "Azəri inciləri" rəqs qrupunun ifasında "Kitab tutan əllər" fleşmob rəqsi ilə açıq elan edilib. Aksiyada TEAS Press Nəşriyyat evinin "3alma" uşaq bölməsi də iştirak edərək azyaşlı oxucuları üçün kitablar hədiyyə edib.

Tədbirdə uşaqların sevimli yazarları Aygün Bünyadzadə, Elvira Məmmədova, Reyhan Yusifqızı və s. iştirak edib. Aksiyanın əsas məqsədi gənc nəslə mədəni xidmət göstərmək, kiçik yaşlı oxucuların mütaliəsinə düzgün yanaşmaq, məktəbli oxucuların mütaliə mədəniyyətini yüksəltmək, onlarda vətənpərvərlik, cəsurluq, ləyaqət və bu kimi ülvi hissləri tərbiyə etməkdir. Aksiya zamanı balaca kitabsevərlərə həm uşaq yazarlarının imzalı kitabları, həm də kitabxana tərəfindən kitablar verilib.

Ümumilikdə aksiyada 1000-dən çox kitab hədiyyə edilib.