Səbət
Ara toplam: 0.00 ₼

“3 alma” II Uşaq Kitab Festivalında iştirak etdi.

12.04.2023

8-11 aprel tarixlərində “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi (ANAİB), Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Mədəniyyət Nazirliyi, həmçinin Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə II Uşaq Kitab Festivalı baş tutdu.

“3 alma” uşaq ədəbiyyatı bölməsi oxucularına bütün kitablarına 30-70% endirim təklif etdi və əlavə olaraq “Azərbaycan klassikləri” seriyasının bütün kitablarına 50% endirim tətbiq olundu. 

Sərgidə , həmçinin müxtəlif kitab təqdimatlarının, master-klasların, məşhurların “Nağıl saatı”, kukla teatrı, əyləncəli tamaşalar keçirildi. Uşaq yazıçıları Reyhan Yusifqızı, Sevinc Nuruqızı, Şəfəq Mehrəliyeva, Zahid Xəlil, Aybəniz İsmayılova, Mürşüd İsayılzadə, Yuliya Kərimova, Xülya Cəfərova öz oxucuları ilə görüşərək onların suallarını cavabladı, kitablarını imzaladı və xatirə şəkilləri çəkdirdi.

Stendimizə yaxınlaşan bütün oxucularımıza təşəkkür edirik.