Ceff Qunhus

Ceff Qunhus həm uşaqlar, həm də böyüklər üçün triller janrında yazılan kitabların müəllifidir. Onun yeniyetmələr və gənclər üçün nəzərdə tutulan "Templer xronikası" seriya kitabları çox məşhurdur. İlk kitabı - "Əcinnə ovçusu Cek Templer" 11 yaşlı oğlunu mütaliəyə meylləndirmək məqsədilə yazılıb. Kİtab uşağı oxumağa həqiqətən də həvəsləndirib. Sonradan kitabın yeni seriyaları üzə çıxıb. "Tənbəl oxucunu mütaliəyə həvəsləndirmək" kitabı yüzlərlə valideynə yardımçı olub. Beş uşaq atası olan yazıçı Merilenddə həyat yoldaşı ilə birlikdə övladlarını böyüdür, sağlam həyat tərzi keçirir. Onu nadir hallarda görmək olar. Əsasən Annapolisdə yerləşən "City Dock" kafesinə gedərək orada növbəti kitabı üzərində işləyir. Daim ətrafa göz gəzdirir ki, birdən Kreç əcinnələri onu yaxalayar. Müəllifə buradan salam göndərə bilərsiniz.
Müəllifin kitabları